Xəbərlər

20 Mart – Beynəlxalq Xoşbəxtlik Günüdür

BMT 2012-ci ildə martın 20-ni Beynəlxalq Xoşbəxtlik Günü (International Day of Happiness) elan etmişdir. Burada məqsəd xoşbəxtliyə can atmağın planetimizdəki bütün insanların ortaq hissi olması haqqında ideyanı dəstəkləməkdir. Beynəlxalq Xoşbəxtlik Gününün təsisçilərinin fikrincə, bu bayram xoşbəxtliyin bəşəriyyətin əsas məqsədlərindən biri olduğunu göstərmək və xatırlatmaq üçün təsis olunub. Bununla əlaqədar təsisçilər bütün ölkələri öz səylərini hər bir insanın rifahına yönəltməyə çağırırlar. BMT hər bir üzv dövlətə, beynəlxalq və regional təşkilatlara, həmçinin mülki şəxslər və qeyri-hökumət təşkilatları da daxil olmaqla, vətəndaş cəmiyyətinə Beynəlxalq Xoşbəxtlik Gününü, maarifləndirmə tədbirləri də daxil olmaqla, lazımı qaydada qeyd etməyə çağırır.