Xəbərlər

Şəmkirdə futbol üzrə rayon birinciliyi keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, Şəmkir rayon Gənclər və İdman İdarəsi və "Böyük Yol" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Şəmkir Olimpiya İdman Kompleksində futbol üzrə yeniyetmələr arasında rayon birinciliyinin açılış mərasimi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, yarışda rayonun 7 komandasından 105 idmançı iştirak edib.

 

İlk turun yekununda nəticələr belə olub: “Mahmudlu” (UGİM) – “Şəmkir” (UGİM) 3:4, “Şəmkir” (UGİM-1) – “Təzəkənd” (UGİM) 5:0, “Şəmkir” (UGİM-2) - “Kür” (1) 3:0.

 

Rayon birinciliyi sentyabrın 18-dək davam edəcək.