Xəbərlər

Azərbaycan Dövlət Pantomima Teatrı uşaqlar üçün yeni tamaşa təqdim edəcəkdir

01.08.2013. Bu dünyada dost tapmaq çətindir, tapandan sonra isə onu qorumaq lazımdır. Sentyabrın 29-da Azərbaycan Dövlət Pantomima Teatrında A.Ekzüperinin “Balaca şahzadə” tamaşasına baxdıqdan sonra dediklərimə bir daha əmin olacaqsız.
Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Bəxtiyar Xanızadə, rəssamı Sənubər Səmədovadır. Musiqi tərtibatı teatrın direktoru və aktyoru, Əməkdar Artist Elman Rəfiyevindir.
Rollarda Solmaz Bədəlova (Balaca şahzadə), Səbinə Hacıyeva (Tülkü), Nurlan Rüstəmov (Təyyarəçi), Səbirə Həsənova (Lovğa Qızılgül),  Əməkdar Artist Elman Rəfiyev (Qızılgüllərin başçısı), Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Əli Əlizadə, Elnur İsmayılov (Qızılgüllər) çıxış edəcəklər.