Təbiət

Yergilası meyvəsi (Fizalis)

Yergilası və ya fizalis (Physalis) meyvəsi badımcankimilər fəsiləsinə aid bitki cinsidir. Meyvənin 75-90 növü Amerikaya aiddir. Becərilən və yabanı olan növləri bütün dünyada yayılıb.

 

İsti və subtropik bölgələrdə yetişir. Bu meyvənin əhəmiyyətli xüsusiyyəti meyvənin kağız şəkilli örtüklə əhatə olunmasıdır. Fizalis kiçik, narıncı rəngdə olub, quruluşuna, ölçüsünə və şəklinə görə kiçik pomidora bənzəyir. Ən az 46 növü Meksikaya xasdır. Bir çox növü “yergilası” adlanır.

 

Peru yergilasına digər adla “Inca gilası və örtüklü firəngüzümü” deyilir. Həmçinin poha gilası və qızıl gilas kimi adlara da sahibdir. Eynilə pomidor bitkisi kimi fizialis də 0.3-4 m hündürlüyündə olur. İstisevər bitki olmasına baxmayaraq bəzi növləri qışda hərəkətsiz qalaraq, şaxtaya qarşı öz dözümünü göstərir. Bütün fizialis növləri yeməli meyvə yetişdirmir. Digər növləri isə yeməli olduğundan yetişdirilir, həmçinin adi yergilası quruluşuna görə bərk pomidora, dadına və turşluğuna görə isə çiyələk və ananasa bənzəyir. Toxum vasitəsilə çoxalır. Həm çiy, həm də qurudularaq saladda istifadə edilir.

 

Azərbaycanda da becərilən fizalis meyvəsinin vətəni Amerika olsa da, Cənubi Afrika, Kolumbiya, Hindistan və dünyanın bir çox ölkələrində yetişdirilir.

 

Tam yetişmiş narıncı rəngli fizialis giləmeyvələrinin dadı şirin və ətirli olur. Bir sıra vitaminlərlə zəngin Peru fizalisi şəkərli diabet, qan təzyiqi, mədə-bağırsaq xəstəliklərinin müalicəsində olduqca faydalı sayılır.