Bu maraqlıdır!

Dünyanın ən böyük birəsi

Hystrichopsylla schefferi dünyada yaşayan ən böyük birədir. Birələr fəsiləüstünə aiddir. Digər adı  dağ qunduz birəsi və nəhəng dağ qunduzu birəsidir.

Amerikanın şimal qərbində yaşayan bu canlının uzunluğu 13 mm-dir. Hystrichopsylla cinsinin bir çox növü ev heyvanları ilə əlaqəli olmasa da, dağ qunduzlarında bu birələrə rast gəlinir. Həmçinin bu birələr həşərat və gəmiricilərdə parazit həyat keçirir.

Hystrichopsyllidae və Pulicidae fəsiləsindən olan birələr, təkamül dövrünün ən qədim birələri hesab edilir. Bu canlı, ona qohum olan Hystrichopsylla gigas dippiei birəsindən fəqərə sütunundakı tikanların sayına görə fərqlənir. H. gigas dippiei-də bu tikanların sayı 36-ı, H. schefferidə isə 46-dır.