Xəbərlər

“Karlson” Bakıda!

04.07.13. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iyulun 2-də məşhur İsveç yazıçısı Astrid Lindqrenin eyniadlı pyesi əsasında hazırlanmış “Balaca və damda yaşayan Karlson” tamaşasına ictimayı baxış olmuşdur. Azərbaycan peşəkar milli teatrının 140 və Gənc Tamaşaçılar Teatrının 85 illiyinə həsr olunmuş növbəti beynəlxalq layihə çərçivəsində hazırlanmış tamaşanın quruluşçu rejissoru ukraynalı rejissor Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeysteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır. Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tamaşada əsas rolları aktyorlar Mehriban Hüseynova, Nəsibə Eldarova, Nuriyyə Əliyeva və başqaları ifa etmişlər. Süjet xətti hamıya yaxşı bəlli olan əsərin qəhrəmanları Balaca ləqəbli Svante və onun təxəyyülünün məhsulu olan Karlsondur. Balacanın həyatına daxil olaraq rəngarənglik qatan Karlson ona bəzi problemlər də yaşadır. Tamaşanın premyerası iyulun 7-də keçiriləcəkdir.