Şeirlər

Teymur Elçin. “Deşik corab”

Deşilib Nəzrinin corabı,
Çıxıbdır barmağı deşikdən,
Elə bil körpəcə uşaqdır,
Dayanıb, boylanır beşikdən.
Corabı dəyişmək istəyir,
Çıxarmaq istəyir nənəsi.
Tutubdur Nəzrinin acığı
Yaxına qoymayır heç kəsi:
- Qoy baxsın! - deyir o, - dəyməyin,
Pəncərə açıbdır özünə.
Mən ona baxıram, o mənə.
- Nə deyək Nəzrinin sözünə!