Bu maraqlıdır!

Kamboca

Kamboca- Cənub-Şərqi Asiyada yerləşən dövlətdir. Onun bütün ərazisi yastı düzənlikdən ibarətdir. 1976-cı ildən 1988-ci ilə kimi ölkənin adı Kampuçiya olmuşdur. Kambocalıların çox hissəsi kiçik kəndlərdə yaşayır, düyü, tərəvəz və meyvə yetişdirirlər. Kamboca Hind-Çin yarımadasında olan fransız müstəmləkəsinin bir hissəsi olmuş, 1955-ci ildə müstəqillik qazanmışdır. Müstəqillik qazandıqdan sonra ölkə vətəndaşları 1976-cı ildən 1978-ci ilə kimi davam edən və 2,5 milyon insanın ölümünə səbəb olan vətəndaş müharibəsinin ağrı-acısı və onun törətdiyi fəsadlarla üzləşiblər. 1993-cü ildə keçirilən azad seçkilərdən sonra Kambocada Konstitusiyalı monarxiya quruldu.