Xəbərlər

Pantomima teatrı mövsümün son ayında da uşaqları unutmayıb

03.07.2014. Əziz uşaqlar! Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi mövsümün son ayında da sizi unutmayıb. Teatrın uşaqlar üçün iyul ayında nəzərdə tutulan repertuarını təqdim edirik: 
 
6 iyul – “Tıq-Tıq”
13 iyul – “Balaca şahzadə”
 
Tamaşalar saat 14:00-da başlayır.
 
Pantomimanı “sözsüz teatr” da adlandırmaq olar. Teatrın universal dili olaraq qəbul edilən pantomima, bədən dili ilə istənilən duyğu ya da mövzunu izah etməkdir. Azərbaycanda pantomima teatrının tarixi 1994-cü ildən başlayır. O vaxt Mədəniyyət Nazirliyi tərəfindən Gənc Tamaşaçılar teatrının nəzdində “Dəli yığıncağı” pantomima teatr-studiyası yaradılmışdı. Sonradan bu teatr-studiya Dövlət Pantomima Teatrına çevrilib. Teatrın baş rejissoru Bəxtiyar Xanızadədir.