Xəbərlər

Tatar Dövlət Kukla Teatrının kollektivi Bakıya gəlir

23.10.2013. Rusiya Federasiyasının “Ekiyat” Tatar Dövlət Kukla Teatrının kollektivi “Cırtdan” II Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində Bakıya gələcək.
İlk dəfə kollektiv 2011-ci ildə I Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizdə olub. 
 
Teatrın kollektivi bu dəfəki festival çərçivəsində böyük tatar şairi Qabdulla Tukayın əsəri əsasında hazırlanmış “Keçi və Qoyun” tamaşasını təqdim edəcək.
 
Tamaşada yoxsul sahibləri Nənə və Babadan ayrı yaşamaq istəyən Keçi və Qoyunun başına gələn macəralardan bəhs olunur.