Şeirlər

Tofiq Mütəllibov. “Qış”

Qonaq gəlir elə qış,
Soyumuşdur havalar.
Ağ geyinmiş hər tərəf,
Dayanmadan yağır qar.


 
Heç qorxmayır soyuqdan,
Geyinib isti paltar:
Qar topası oynayır
Çöldə qoçaq uşaqlar.


 
Süşələr buz bağlamış,
Şaxtanın gücünə bax!
Külək sovurur qarı
Divarlara çırparaq.
 


Taxıl, meyvə bol olar
Qar çox yağsa nə qədər,
Qışı da bahar kimi,
Xoşlayır bizim ellər.