Təbiət

Elektrikli ilan balığı

Elektrikli ilan balığı "Electrophorus electricus" Amazon çayında  yaşayır. Uzunluğu 2,4 metrə, çəkisi isə 45 kq olan bu balığın bədəninin üçdə ikisi (əsasən quyruq hissəsi) elektrik istehsal edən orqanik sinir lifləri ilə örtülüdür. Balıq, sayı 5.000-6.000 qədər olan bu liflər sayəsində 550-1300 Voltluq elektrik istehsal edə bilir. Balıqdan yayılan bu elektriyin gücü, balığın 2 m. uzağındakı canlıları belə öldürəcək qədər şiddətlidir. 


Bu elektrik orqanı ilə ilan balığı bir dəfəyə 1300 voltluq elektrik boşaldaraq ovunu iflic edə bilər. Hər elektrik boşalması, balığın elektrik orqanlarındakı gərginliyi azaldır, buna görə də yenidən enerji toplamaları üçün müəyyən bir vaxt keçməlidir. 


Cənubi Amerikanın elektrikli ilan balığı bütün elektrik cərəyanı istehsal edən balıqların ən təhlükəlisidir. Bu balıq növünün müdafiə və ya hücum məqsədilə böyük elektrik boşalmaları yarada bilən xüsusi "bioelektrik orqanları" vardır. Elektrik orqanlarında istehsal etdikləri elektrikdən, ovlarını keyitməklə hərəkətsiz hala gətirmək ya da öldürmək məqsədilə istifadə edir və məlum olan ən güclü elektrik orqanlarına sahibdirlər. 


Əsəsən bulanıq sularda yaşayan ilan balığının rəngi tünd-portağal rəngindədir, bədən uzunluğu iki metrdir, başı geniş və düzdür. Əsas qidası - kiçik balıqlar və qurbağalardır.


Nə qədər yaşamaları və artmaları haqqında demək olar ki, heç bir məlumat yoxdur. Körpə balıqların kürüdən əmələ gəlməsi ehtimal edilir.