Təbiət

Titikaka gölü

Titikaka gölü — dünyanın ən hündürdə yerləşən gölüdür. 8288 kvadrat km sahəyə sahib olan göl And dağlarının Altiplano adı verilən platosunda, Peru və Boliviya arasında yerləşir. Cənubi Amerikanın ən böyük şirin sulu gölüdür. Tektonik çatlar nəticəsində əmələ gəlmişdir.


Qərb sahili Peruya, şərq sahili isə Boliviyaya aiddir. Titikaka Gölü, ticarət gəmilərinin də üzdüyü bir göldür. Tibet platosunda ondan daha yüksəkdə yerləşən göllər olsada böyüklüyünə görə (4000 metr yüksəklikdə) birincidir. Dəniz səviyyəsindən yüksəkliyi 3810 metr olub 194 km uzunluğa və 65 km enə malikdir. Orta dərinliyi 140-180 metr arasındadır. Bəzi yerlilər dibsiz olduğunu iddia etsələr də, ən dərin yeri 280 metrdir. 25-dən çox çay bu gölə tökülür. İnk mədəniyyətinin izlərini saxlayan Günəş Adası daxil irili xırdalı bir çox adacığı əhatə edir. Ətrafında yaşayan xalq üçün göldə edilən balıqçılıq əhəmiyyətli bir dolanışıq mənbəyidir.


Adının haradan gəldiyi qəti olaraq bilinməməklə birlikdə iki Aymara sözünün yan-yana gəlməsindən meydana gəlmişdir. Titi "böyük pişik" , Kak isə " qaya " mənasını verir və tərcüməsi Puma qayasında olaraq başa düşülür.


Əfsanəyə görə ilk İnk Kralı Manco CAPAC Günəş Adasında ilk olaraq , pişik başını xatırladan bir qayaya rast gəlir. Göl xəritəsinə başı aşağı baxıldığında, yatan pişik forması ayırd edilə bilər. Buna qarşı Quechua dili Titi " güllə" və ya " güllə rəngi" qaqa isə " qaya " deməkdir. Yəni "kurşini (güllə rəngi) qaya".


Titikaka gölünün xarakteristika xüsusiyyətlərindən biri üzən adacıqlardır. Bu adalarda yaşayanlara “Uros” adı verilmişdir. Uros, üzən adacıqları döyüşçü İnklərdən qorunmaq məqsədilə, bölgəyə xas Totora adlı bir bitkini çarpaz olaraq bir araya gətirərək meydana gətirərlər. Üzərində sadə tikililər də inşa etdikləri bu adacıqları balıq ovunda istifadə edərlər. Uros, ənənəvi həyat şəkilləriylə qürur duyarlar. Turistlərin yellənən adalarını ziyarət etməsinə icazə verirlər. 


Peruya aid Taquile adasında bu gün təxminən 1600 Kecua yaşamaqdadır. Bu 5,5 km uzunluğunda və 1,6 km enə malik adada yaşayan xalq, gəlmələrdən gizləndikləri üçün çox sonralar aşkarlanmışlar. Hörgük hörən kişiləri səbəbiylə adalardan birinə hörgü hörən kişilər adası adı da verilir. Gölün Boliviya tərəfində müqəddəs adalar, Günəş Adası  və Ay Adası  vardır. Hər ikisində də kiçik ənənəvi kənd və çox sayda köhnə xaraba mövcuddur.  Uros adacıqları panoramik görünüşü ilə insanları özünə cəlb edir.


Titikaka Gölü, bir sıra nadir rast gəlinən heyvana həyat mühiti təqdim edir. Bunlardan biri Titikaka dalğıcı deyilən quşdur. Bu quşun maraqlı tərəfi, kiçik qanadları səbəbiylə uça bilməməsidir. Təhlükə anında suyun üstündə sürətli addımlar ataraq və çox güclü qanad çırpmalarla qaçır. Ancaq bu qanad çırpmalara baxmayaraq quş uça bilmir. Digər bir endemik canlı isə Titikaka qurbağasıdır.