Bu maraqlıdır!

Təsviri sənətin janrları

Təsviri sənət əsərləri məzmunundan və xarakterindən asılı olaraq müxtəlif janrlara bölünür: mənzərə, natürmort, portret, batal və s. XVII-ci əsrdə təsvirin mövzusundan asılı olaraq janrlar “yüksək” (grand genre) və “aşağı” janrlara (petit genre) bölünüb. “Yüksək” janra tarixi janr daxildir: döyüş, alleqorik, dini və mifoloji; "aşağı" janra isə - gündəlik həyatdan səhnələr: portret, mənzərə, natürmort, animalizm daxildir.

 

Təsviri sənətin müxətlif janrları:

 

Mənzərə janrı (frans. paysage – ölkə, ərazi) - ən qədim zamanlardan rəssamlar təbiət təsvirinə böyük maraq göstərmişlər. Bu cür əsərləri sənətşünaslar ayrıca bir janr kimi fərqləndirmişlər və adına mənzərə janrı demişlər, bura təbiətin müxtəlif guşələrindən götürülmüş dağ, dərə, çəmən, çay, meşə, təbiət hadisələrindən götürülmüş tufan, ildırım, yağış, qar, iqlim landşaftlarından götürülmüş təsvirlər aiddir. Mənzərə əsərləri mövzu etibarilə müxtəlif olur; məsələn: təbiətin müxtəlif guşələrinin – dağ, dərə, çay meşə, çəmən, səhra və sairin təsviri; və ya təbiət hadisələrinin – tufan, ildırım, yağış, qar və sairin təsviri; eləcə də iqlim və landşaftların təsviri; nəhayət – şəhər və ya sənaye mənzərələrinin təsviri.

 

Portret janrı (fransızca “portret” sözündən götürülüb) - əsas obyekti “insan”dır, buna görə də onun mənəvi aləmi və cəmiyyətdəki mövqeyinin təsviri sənətin əsas mövzusunu təşkil edir. Portret janrında çəkilmiş əsərlərdə konkret şəxslərin zahiri oxşayışı və fərdi cizgiləri məsələsinə riayət olunmalıdır. Və əsl istedadlı rəssam konkret adamın təsviri vasitəsilə müasirlərinin ən səciyyəvi xüsusiyyətlərini ümumiləşdirməyə çalışır. Fərdi, qrup və avtoportretə bölünür.

 

Natürmort – (fransızca “cansız təbiət” deməkdir") - Bu janra daxil olan əsərlərin mövzusunu müxtəlif predmetlər: məişətdə işlənən əşyalar, evi bəzəyən qablar, gül dəstələri, meyvə, səbzəvat, ovlanmış quşlar və s. təşkil edir. Bu janrda da əsl rəssam dövrünün ruhunu, öz hiss və duyğularını çox gözəl ifadə edə bilər.

 

Animalizm (lat. animal – heyvan) – bu təsvirin əsas predmetini “heyvanlar” təşkil edir.

 

Batal janrı (frans. bataille – döyüş) - bu mövzuya hərb səhnələrini təsvir edən və müharibə təsvirləri olan əsərlər aiddir. Bəzən onu tarixi janr və ya müharibə janrı da deyilir. Batal janrda işləyən rəssamlar ya yunan və Qədim Şərq rəvayətlərini, ya dini mövzuları, ya da qədim və müasir tarixi hadisələri əks etdirirlər. Rəssam bəzən qəhrəmanını ümumiləşdirilmiş bir obraz şəklində verir və yaxud izdiham və böyük xalq kütlələri obrazı yaradır.

 

Epik janr — dastanlar və folklor səhnələrini təsvir edən təsviri sənət janrıdır.

 

Vanitas (lat. vanitas - boşluq, şöhrətpərəslir) - Barokko dövrünün rəsm janrıdır, kompozisiyanın mərkəzini ənənəvi olaraq “insan kəlləsi” təşkil alleqorik natürmortdur. Natürmortun inkişafının ilkin mərhələsi olan bu cür rəsmlər həyatın keçiciliyini, həzzlərin bitəcəyinin və ölümün qaçılmazlığını xatırlatmaq məqsədi daşıyırdı. XVI və XVII əsrlərdə Flandriya və Hollandiyada ən çox yayılmışdır; hazırda janrın bəzi nümunələri Fransa və İspaniyada tapmaq mümkündür.

 

Veduta - XVIII əsr Venesiya aid təsviri sənət janrıdır; “şəhər mənzərəsi” miqyas və nisbətlərə riayət olunaraq panorama kimi təsvir edilir. Rəssamlıqda bu üslubun böyük nümayəndəsi venesiya rəssamı Kanalettodur (1697-1768).

 

Şəhər mənzərəsi və ya Memarlıq mənzərəsi - təsvirin əsas mövzusunu “şəhər küçələri və binalar” təşkil edən təsviri sənət janrıdır.

 

Dəniz mənzərəsi və ya Marina (frans sözü “marine”dən əmələ gəlib) - dəniz mənzərəsini təsvir edən təsviri sənət janrıdır. Bu rəsmləri çəkən rəssamlara isə “marinist” deyilir. Bu janrın görkəmli nümayəndələri: Surikov və Repindir. 

 

Səhər yeməyi - XVII əsr Hollandiya natürmortunda natürmort janrının alt növüdür.

 

İnteryer (fransız. intérieur – daxili) - təsvirin əsas mövzusu “otağın daxili interyeridir”.

 

Hippik janr (yunan. hippos – at) -  təsviri sənət janrıdır ki, burada əsas mövzu “at” obrazıdır.

 

Tarixi janr - tarixi hadisə və şəxsiyyətlərə, habelə cəmiyyət tarixində sosial əhəmiyyətli hadisələrə həsr olunmuş təsviri sənət janrıdır.

 

Kapriççio (ital. capriccio - naz) –  XVII-XVIII əsrlərdə məşhur olan mənzərə rəsm janrıdır. Bu janrın şəkillərində rəssamlar memarlıq fantaziyaların göstərirdilər. Çox vaxt kapriççio janrında yazılmış əsərlərdə kompozisiyanın əsasını - xəyali uydurma mənzərəli qədim tikililərin xarabalıqları təşkil edir.

 

Bir süjeti canlandırmaq üçün rəssamlar tez-tez mənzərə fonunda kiçik insan və heyvan fiqurlarınından istifadə edirdilər. Ən məşhur kapriççio rəssamları: Francesco Guardi, Antonio Canaletto.

 

Karikatura (ital. caricare - şişirtmək) -  təsviri sənətin xüsusi janrıdır ki, burada komik effekt qəsdən yaradılır; real və fantastik xüsisuyyətlər birləşdirilir; fiqurun səciyyəvi xüsusiyyətləri, siması, geyimi, insanların davranışı və s. qabardılır və kəskinləşir.

 

Nyu (frans.- çılpaq, soyunmuş) - təsviri sənətin çılpaq bədən təsvirinə həsr olunmuş janrlarından biridir, əsasən qadınları təsvir edilir. Bu janr öz inkişafında çılpaq insan bədəninin təsviri ilə sıx bağlıdır və müəyyən bir ölkənin və dövrün gözəllik idealını təcəssüm etdirir. Nyu janrı intibah dövründə mifoloji, alleqorik, tarixi və məişət janrları çərçivəsində yaranmışdır. Bu janrın bir janr kimi formalaşması XII əsrə təsədüf edir.

 

Aldatma - təsviri sənətin janrlarından biridir, onun səciyyəvi cəhəti - vizual illüziya effekti yaradaraq, reallıqla obraz arasında çaşqınlıq yaratmaqdır.

 

Ov mənzərəsi, ov natürmortu - XII-XIII əsrlərdə Hollandiya natürmortunun əsasə təcəssümlərindən biridir. Ov mənzərəsi janrı varlı burjuaziya və aristokratiyanın ov dəbi ilə bağlı idi. Ovçuluğun ən böyük ustaları Melxior de Hondekuter və Yan Baptist Veniks olub. Hondekuterin demək olar ki, bütün natürmortlarında yarasanın yanında canlı heyvanlar təsvir edilir ki, bu da rəsmləri qeyri-adi ifadəli və dinamik edir. Veniksin əsərlərində isə ovlanmış heyvanlar çox vaxt parkların fonunda nümayiş etdirirdi. Ağacların yaşıllığı və heyvan kürkünün isti çalarları və quşların tüklərinin yan-yana gəlməsi sayəsində təsvir qeyri-adi ifadəli və rəngarəng olmuşdur.

 

Pastoral (fransız. pastorale – çoban, kənd) — dinc və sadə kənd həyatını təsvir edən janrdır.

 

Sujet-tematik rəsm – tematik janrda çəkilmiş rəsm təsviri sənətin ənənəvi janrlarının qarışığına əsaslanır. Sənət əsəri döyüş, məişət janrı, mənzərə, portret janlarını özündə birləşdirə bilər. Bu janr tarixi dövrdən asılı olaraq digər janrlarlarla paralel, müxtəlif üslublarda inkişaf etmişdir.

 

İncəsənətin tarixini öyrənən tədqiqatçılar hesab edirlər ki, bu janr 1930-cu illərdə yaranıb və Sovet Rusiyasının rəssamlığı üçün xarakterikdir. Digərləri isə bu istiqamətin daha geniş inkişaf dövrünü qeyd edərək, məhz Renezans dövrünün rəssamları üçün də xarakterik olduğunu qeyd edirlər.