Atalar sözləri

Məşhur aforizmlər

Dünyadakı ən məsum məşğuliyyət riyaziyyatdır. (Mustafa Kamal Atatürk)


Dünyanın ən uzun gecəsi 21 dekabr yox, məni tərk etdiyin gecədir. (Kiçik İsgəndər)


Dünyaya nizamsız şəkildə nizamlı formalar səpilib. (Pol Valeri)


Düşüncəni dəyiş ki, həyatını dəyişəsən. (Brayan Treysi)


Dünyada elə ac insanlar var ki, Tanrı onlara ancaq çörək formasında görünə bilir. (Çarlz Dikkens)


Dünyanı gözəllik xilas edəcək. (Fyodor Dostoyevski)


Dünyaya qalib çıxmaq istəyirsənsə, əvvəl özünə qalib ol. (Fyodor Dostoyevski)


Doğru insan, səhv zaman. Doğru zaman, səhv insan.. Həyat belə oyunlar oynayar hər zaman! (Pol Oster)


Dövlət xadiminin ən ali vəzifələrindən biri xalqın maarifləndirilməsidir. (Teodor Ruzvelt)


Dinin bəlası paxıllıq, xüdpəsənlik və özünü öyməkdir. (Cəfər Sadiq)


Deyirlər siyasət ikinci qədim peşədir. 
Ancaq mən bu nəticəyə gəlmişəm ki, birincidən 
o, çox şeylər əxz eləyib. (Reyqan)


Dünya saxtakarların üstündə qurulmuşdur, bu səbəblə də çox ədalətsizdir. (Bill Klinton)


Danışsam dilim yanar, sussam ürəyim. (Özdəmir Asaf)


Dörd dənə gerçək dostun olsun, tabutunu daşısın yetər. (Murathan Mungan)


Davamlı keçmişə dönüb baxsan boynun tutular. (Murathan Mungan)


Düzəltmək istəmədiyimiz qüsurlarımızla öyünməyə çalışarıq. (Fransua de Laroşfuko)


Düşmən istəsəniz dostlarınızı keçməyə çalışın. Dost istəsəniz , buraxın , dostlarınız sizi keçsin. (Fransua de Laroşfuko)


Dünya üzərində müvəffəqiyyətli ola bilmək üçün, müvəffəqiyyətli kimi görünməmizi təmin edən hər şeyi edərik. (Fransua de Laroşfuko)


Dinə möhkəm bağlı olmaq istəyən çoxdur amma, təvazökar olmağa kimsə yanaşmaz. (Fransua de Laroşfuko)


Diogenə bir adamın nə qədər ağıllı olduğunun necə aydın olduğunu soruşdular. Cavabı qısa oldu; (Sinoplu Diogen)


Danışıb da axmaqlığınızı ortaya qoyacağınıza, danışmayın da heç olmazsa hər kəsin şübhəsi qalsın. (Avraam Linkoln)


Demokratiya, xalqın xalq tərəfindən xalq üçün idarəsidir. (Avraam Linkoln)


Dünyanın böyük adamları məktəblərinin ən böyük şagirdləri deyildi; çox vaxt ən böyük məktəbləri bitirənlər də həyatın böyük adamları olmamışlar. (Avraam Linkoln)
Danışmadan əvvəl düşün hərəkət etmədən əvvəl ölç. (Uilyam Şekspir)


Daha yaxşı yaxşının düşmənidir. (Uilyam Şekspir)


Dünya böyük bir teatr səhnəsidir. 
Hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu səhnəni tərk edir. (Uilyam Şekspir)


Dərindən sevmək – özünü unutmaq deməkdir! (Jan Jak Russo)


Dövlət böyüdükcə, azadlıq da o nisbətdə kiçilər. (Jan Jak Russo)


Demək olar ki, bütün işlərin ən çətini - onu başlamaqdır. (Jan Jak Russo)


Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. (Jan Jak Russo)


Dil heç nədən utanmayanda, hamı utanmış olur. (Jan Jak Russo)


Danış ki, səni görüm. (Sokrat)


Dost olmağa tələsməyin, amma dost oldunuzsa, bu dostluğa xəyanət etməyin. (Sokrat)


Dövləti maliyyə qıtlığı deyil, istedadlı şəxsiyyətlərin azlığı zəif salır. (Volter)


Dində də ehtiraslı oyun da olduğu kimi olur - sadəlövh daxil olub hiyləgər çıxırsan. (Volter)


Dil həm də ona görə əhəmiyyətlidir ki, onun köməyi ilə biz öz fikirlərimizi gizlədə bilirik. (Volter)


Dahilər heç bir işi yarımçıq görmürlər. (Viland)


Dünya kiçik, insanlar qardaş. (Barış Manço)


Daş üstünə daş qoya -qoya, yaratdığın dünyanın çökdüyünü görmək bir yana, birdə altında qalmaq var! (Barış Manço)


Dostlarından şübhələnmək, başa keçənlərə xas bir xəstəlikdir. (Esxil)


Düşüncəli və diqqətli adam şəraitə tabe olmur, onu idarə edir. (Baltazar Qrasian)


Düşünmədən öyrənmək vaxt itirməkdir. (Alfons Dode)


Dostluq – qanadsız sevgidir. (D.Bayron)


Dürüst bir qadının gözəlliyi atəşə bənzər: Yaxınlaşmayana heç bir zərəri toxunmaz. (Migel de Servantes)


Dövlət müdaxiləsinin sərhəddi varmı? Və əgər varsa, sərhəddi nədir? (Herbert Spenser)


Dünyanın içində ola-ola dünyadan azad olmaq ən böyük məharətdir. (Məhəmməd İqbal)


Daha böyük, daha yaxşı - hər şeydə. (Freddi Merkyuri)


Düzdür, yerindədir əlim-ayağım,
Vardır bədənimdə canım da hətta,
Ancaq bir iş var ki, yox azadlığım,
Ağrıdır yaşamaq əsarət altda. (Cəlil Məmmədquluzadə)


Düşünürəmsə, varam. (Rene Dekart)


Demokratiya, iki qurdla bir quzunun günorta yeməyinə nə yeyəcəyini Seçməsidir. Azadlıq isə tam təchizatlı bir quzunun səs verməyə qarşı çıxmasıdır. (Bencamin Franklin)


Düşmənlərinizi sevin çünki, qüsurlarınızı tək onlar açıqca söyləyə bilər. (Bencamin Franklin)

 

Dünyada ölüm və vergi qədər real bir şey yoxdur. (Bencamin Franklin)


Dəlilin yoxluğu yoxluğun dəlili deyil. (Karl Saqan)


Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. (Humboldt)