Bu maraqlıdır!

Niyə gecə düşür

Gündüz və gecə bir-birini əvəz edir. Biz buna artıq alışmışıq deyə, günəşin gecə harada gizləndiyini düşünmürük. Bizə elə gəlir ki, Günəş göy boyunca hərəkət edir - səhər qalxır, axşam isə üfüqdə gizlənir, bu da bizim planetimizdə gündüz və gecə əvəzlənməsinə səbəb olur. 

 

Əslində isə Günəş hərəkətsizdir. Hərəkət edən, öz oxu ətrafında daim fırlanan bizim planetdir. Yer kürəsi fasiləsiz olaraq öz oxu ətrafında fırlanır, gah bir, gah da digər tərəfi ilə Günəşə tərəf dönür. Günəşin işıqlandırdığı tərəfdə gündüz, digər tərəfdə isə gecə olur.