Təbiət

Dünyanın ən pis ətrinə sahib Leş çiçəyi

Titan arum (lat. Amorphophallus titanium) dünyanın ən böyük budaqlanmadan çiçək açan bitkisidir. Düşünülənin əksinə olaraq, bütün çiçəklərin gözəl ətri olmalıdır deyə bir anlayış yoxdur. Bunun ən gözəl nümunəsi Titan arumdur. O, çürüməkdə olan ət, leş və cəsəd qoxusu verir. Buna görə də, ona cəsəd və ya leş çiçəyi deyilir.

Təkamül zamanlarından bəri bitkilərlə böcəklərin qarşılıqlı əlaqəsi var. Bitkinin bu cür qoxu verməsinin səbəbi, çürüyən ət qoxusu yaradan kimyəvi maddələrin, leş yeyən böcək və ağcaqanadları öz üzərinə çəkməsidir. Amorphophallus titanium yunan sözü olub, amorphous “formasız, şəkilsiz,” titan isə “nəhəng” deməkdir. Məşhur adı "titan arum" isə Hodg tərəfindən verilib.


Bu bitki yalnız qərbi Sumatra və qərbi Yavaya məxsusdur. Əhəngdaşı təpələrinin yağışlı meşələrinin açıq ərazilərində bitir. Buna baxmayaraq, bitki, dünyada botanika bağlarında və şəxsi kolleksiyaçıların bağlarında əkilir. Titan arumun hündürlüyü 3 m-ə qədərdir. İlk dəfə, 1878-ci ildə İtalyan botanist Odoardo Beccari, Sumatranı araşdırarkən Titan Arum bitkisini tapıb. Toxumları toplayıb Kyu Kral Botanika Bağına yollayıb. 

Bu növün ilk çiçəyi 1889-cu ilin oktyabrında Kyu Kral bağında açıb.