Xəbərlər

9 avqust Dünya Kitabsevərlər Günüdür

Hər il avqustun 9-u Beynəlxalq kitabsevərlər günü kimi qeyd edilir. Kitabsevərlər xüsusi insanlar sayılır, onlar elektron resurslar istifadə etmədən “canlı” kitablar oxuyurlar. Axı, hamıya bəlli olduğu kimi, müasir dünyada yeni kitabı özü ilə evə götürmək üçün bütün günü kitab mağazalarını, kitabxanaları gəzən insanlara rast gəlmək çox çətindir. Bununla əlaqədar  olaraq, gözəl şeir söyləyərək, həmçinin yeni maraqlı kitab təqdim edərək bütün kitabsevərləri  bayram münasibətilə təbrik etmək lazımdır.

 

Bir çox bayramlar hər hansı ölkədə yaranaraq və millilik statusu alaraq vaxt keçdikcə məşhurlaşır və ölkədən kənara yayılanda  beynəlxalq (qeyri-rəsmi olaraq) bayrama çevrilirlər. ABŞ-ın Kitabsevərlər günü ilə də belə baş verib. Amerikada yaranan bayram demək olar ki, dərhal dünyanın bir çox yerlərində pərəstişkar qazanaraq Beynəlxalq kitabsevərlər gününə çevrilib. Bu bayram hər il avqustun 9-da qeyd edilir.