Təbiət

Məşhur danışan fil - Batır

23 iyul 1969-cu ildə Alma-Ata zooparkında Hindistanın baş naziri Cavaharlal Neru tərəfindən Qazaxıstana hədiyyə edilən yabanı Hind fillərinin ailəsində “Batır” adlı məşhur fil dünyaya gəldi. “Batır” adı rus dilinə tərcümədə "qəhrəman" deməkdir. Daha sonra Batır Karaqandada sirkə gətirildi və burada o qeyri-adi qabiliyyətini göstərərək dünyada məşhurlaşmağa başladı. Heyvanın bənzərsiz qabiliyyəti – onun məhz insan sözlərini deyə bilməsi idi. Batır asanlıqla insan kəlmələri söyləyirdi. Fil zooparkın işçiləri ilə ünsiyyət qururdu, hətta su istəyə bilirdi.


Filin ilk qeyri-adi qabiliyyətini, zooparkın işçiləri gördülər. İlk dəfə fil  1977-ci ilin sonunda, Yeni il bayramı ərəfəsində danışmağa başladı. Bu əsl bir möcüzə idi: yemək və təmizlik zamanı zoopark işçiləri olduqca aydın şəkildə bu kəlmələri eşidirdilər: "Batır su içmək!", "Batır afərin!", "Batır yaxşıdır!" və s.


Ağıllı fil özünü "mədəni" şəkildə təqdim edə bildi: "Mən Batıram!" deyirdi. Bundan əlavə, Batır it səsini, qapı çığıldamasını və digər səsləri də imitasiya etməyi bacarırdı. 


Şöhrət nəinki tək Batırı, həmçinin Qazaxıstan zooparkını bürümüşdü. Jurnalistlər və televiziya işçiləri zooparka demək olar ki, hər gün gəlirdilər, amma hər kəs şanslı deyildi - bəzən fil aylarla səssiz qalırdı. Çox heyif filin səs yazısını lentə almaq mümkün olmamışdır.


Sirkin işçilərinin sözlərinə görə, Batır Rus və Qazaxıstan dillərində iyirmi sözdən çox söz söyləyirdi. Bu möhtəşəm fil haqqında yazıb danışırdılar. Batır haqqında məlumat ilk dəfə 1979-cu ildə nəşr olunmuşdur.


1993-cü ildə Batır xəstələnərək öldü. Veterinar həkimlər öz sənədlərində qeydə almışdılar ki, 23 yaşlı fil uroloji xəstəlikdən ölmüşdür.


Zooparka və sirkə nəzarət edənlərin və şahidlərin sözlərinə görə, danışan fenomen fil Batır məhz bu kəlmələri söyləyirdi:


"Batır" 
"Su";
"Yaxşı";
"Batır yaxşıdır";
"Oy-oy-oy" (çox yüksək səslə);
"Axmaq" - nadir və ani bir şəkildə deyirdi;
"Pis" – (nadir hallarda)
"Batır pisdi" – (nadir hallarda)
"Get";
Ba-Ba;
"Bəli";
"Ver";
"Ver-ver-ver";
"Bir-iki-üç"  (dairəyə fırlanaraq və rəqs edərək)
"Mən" 
Həmçinin insan fiti, heyvanların (it, meymun, siçan) səsini çıxara bilirdi.