Xəbərlər

Moskva uşaq teatrları Bakıda “Çipollinonuin macəraları” və “Çəkməli pişik” tamaşalarının təqdim edəcək

BAKI, 23 yanvar (AzərTAc). Əziz uşaqlar! “Çipollinonun macəraları” və “Çəkməli pişik” nağıllarını yəqin ki, xatırlayırsınız. Məktəblilərin yaz tətili və Novruz bayramı ərəfəsində Bakıda ilk dəfə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Moskva uşaq teatrlarının aparıcı artistlərinin “Çipollinonun macəraları” və “Çəkməli pişik” tamaşalarının premyerası ilə qastrolu olacaq.
 
Tamaşalar martın 20-dən 22-dək göstəriləcək. Çox illər əvvəl Çipollino və onun dostları meyvələr və tərəvəzlər şəhərindən qəzəbli Senyor Pomidoru və Şahzadə Limonu uzaqlaşdırdı və şəhər şən yaşamağa başladı. Lakin günlərin bir günü belə bir şayiə yayıldı ki, Senyor Pomidor cəsur Çipollinodan qisas almaq istəyir və yer üzündən şən və cəsarətlilər şəhərini silmək üçün qoşun yığır...  Şarl Perronun cəld və hiyləgər pişik və onun sahibi haqqında məşhur “Çəkməli pişik” nağılında ilk baxışdan heç nəyi qalmayan gəncə əlavə yük kimi görünən pişik az sonra bunun belə olmadığını göstərir.