Təbiət

Dünyanın yeganə zəhərli quşu- ikirəngli qaratoyuq milçəkqapan

Dünyanın elmə məlum olan yeganə zəhərli quşu iki rəngli qaratoyuq milçəkqapandır ( hooded pitohui-Pitohui dichrous). Pitohui cinsindən olan bu quş Yeni Qvineyada yaşayır. “Pitohui” həm ümumi qrupa, həm də cinsə verilən addır, papuan termini olub mənası ətinin yeyilməzliyinə görə zibillik quşu deməkdir. “Dichrous” isə Qədim Yunan sözü olub iki rəngli anlamını verir. 

 

İki rəngli qaratoyuq milçəkqapan quşu istənilən canlıya qorxmadan yaxınlaşa bilir. Elə bu xüsusiyyətinə görə də onu tanımaq olar. Çünki quşların çoxu canlı görəndə qorxudan qaçır. Quşun tükləri balqabaq içinin sarısı və qara rəngdədir. Ancaq qara tükləri çox zəhərlidir. Elə zəhərli olmasının səbəbi də bu qara tüklərdir. Alimlər tüklərin zəhərli olmasını quşun qidası ilə bağlayırlar. Belə ki, onun qidası olan Choresine pulchra böcəyində batraxotoksin zəhəri var. Bu zəhər quş üçün zərərsizdir. Zəhər onun dərisinə və tükünə hopur. Batraxotoksin tərkibli toksik zəhərli tüklərin toxunduğu yer anında uyuşur, yanıq izi əmələ gəlir.

 

Quşa yaxınlaşdıqda insanın nəfəs yollarında yanma hissi yaradır. Hooded pitohui quşları siçanları və böcəkləri öldürəcək qüvvədədir. Quşların kəşfi ilə məşğul olan bir alim əli onu tutmaq istədikdə, quş kəskin dimdiyi və pəncələri ilə alimin əlini kəsmiş və həmin yer zəhərin təsirindən şişməyə başlamışdır. 

 

Bu quş növləri 1992-ci ildə Yeni Qvineyada Çikaqo Universitetindən bir araşdırmaçı tərəfindən qeydə almışdır. Onlar dəniz səviyyəsindən 2000 m yüksəklikdə meşələrdə rast gəlinir. Amma, əsasən təpəlik və alçaq dağların olduğu bölgələrdə yaşayırlar. Boyları 22-23 sm uzunluğunda, 65-76 q çəkidədir. Toxumlar, meyvələr və böcəklərlə qidalanırlar.