Bu maraqlıdır!

Soyuducu necə işləyir?

Soyuducu içərisində bayırına nisbətən aşağı temperaturun yaradıldığı və saxlandığı bir aparatdır. Adətən, soyuducunun bir bölməsində başqalarına nisbətən temperatur daha aşağı olur: orada o qədər soyuq olur ki, hətta buz yaranır-bu hissəyə biz kamerası deyilir. 


Soyuducunun iş prinsipi içərisindəki istini qəbul edərək onu bayıra çıxarmaqdır. Ona görə də soyuducunun arxa tərəfinə yaxınlaşsaq, onun necə qızdığını hiss edirik.


Soyuducuda borudan olan qapalı dövrə var, onun içərisi ilə dayanmadan xüsusi qaz dövr edir, bağlı dövrənin bir hissəsi soyuducunun içərisində, bir hissəsi isə xaricindədir. Qaz içəridə olan zaman buxarlanır və istini özünə udur, bayır tərəfə çıxanda isə kondensasiya olur və udduğu istini  özündən buraxır. Beləliklə, əgər soyuducunun divarını etibarlı istilik izolyasiya olarsa, onun içərisində bayıra nisbətən soyuq olur.