Bu maraqlıdır!

Tibet yaylası

Tibet Yaylası dünyanın ən yüksəkdə yerləşən yaylasıdır. Tibet yaylası — Himalay dağları ilə Kunlun dağları arasında yerləşir. Yaylanın əsas hissəsi Çin Xalq Respublikasının ərazisində, az bir hissəsi isə Kəşmirin ərazisinə düşür. Orta hündürlüyü 4877 m-dir. Bu səbəbdən yaylanı "Dünyanın damı" adlandırırlar. Ümumi sahəsi 2,5 milyon km²-dir.


Tibet yaylası 50 milyon il öncə, Kaynozoy erasında Hindistan tektonik piltəsinin Avrasiya piltəsi ilə toqquşması nəticəsində formalaşmışdır. Toqquşma zamanı meydana gələn Himalay dağlarının qalxması ilə birgə Tibet yaylası da yüksəldi. İndi də Tibet seysmik cəhətdən aktiv ərazi hesab olunur və orta hesabla ildə 1 sm qalxır. Poleozoyda, 200 milyon il əvvəl müasir Tibet yaylasının bir hissəsi Tetis okeanının hövzəsinə daxil idi. 100 milyon il əvvəl isə Qondvana parçalanmağa başladı və Hindistan piltəsi Afrikadan ayrılaraq şimala doğru ildə 15 sm sürətlə hərəkət etməyə başladı. Tibet yaylasında materik yer qabığının qalınlığı 65 km, bəzi yerlərdə isə 100 km keçir. Orta qalınlıq isə 30 km-dir.


Yayla kənardan dağ silsiləri ilə əhatə olunub. Cənubda Çin Xalq Respublikasını Hindistandan ayıran Himalay dağları yerləşir. Şimaldan isə Kunlun silsiləsi yaylanı Tarim çökəkliyi ayırır. Qərbdə Pamir dağları, şimal-şərqdə isə Silyanşan silsiləsi və Qobi səhrası yerləşir. Tibeti yaylası bir-birindən fərqlənən üç fiziki-coğrafi rayona bölünür:


Şərq
Şimal
Cənub


Şərq bölgəsi digər bölgələrdən meşə örtüyünün çoxluğu ilə fərqlənir. Yaylanın əsas hissəsi dəniz səviyyəsindən 3-4 min metr yüksəklikdə yerləşir. Bəzi zirvələrin hündürlüyü isə 5-7 min metr arasında dəyişir. Bu dağların zirvələri qar və buzlaqlarla örtülüdür. Ümumi buzlaq sahəsi 105 min km²-dir. Ərazidə olan ən yüksək dağ yaylanın qərbində yerləşən Kaylas dağıdır.(6638 m)


Tibetdə əsas yüksək dağ quru çöl iqlimi hakimdir. Ərazidə iqlimin formalaşmasında yüksək dağlıq relyef və atmosfer sirkulyasiyası əsas rol oynayır. Yaylanın şimal-qərb hissəsinə daha çox quru və soyuq iqlim, cənub-şərqinə isə rütubətli, isti iqlim xarakterikdir. Bundan başqa ərazidə hündürlük qurşağı üzrə iqlimin dəyişməsi də müşahidə olunur. Yayla dünyada günəş radiasiyasının üstünlük təşkil edən bölgələrdən biri hesab olunur. İllik günəş radiasiyasının miqdarı Lxasada 2 000 000 kilokoloridir.


Asiyanın bir çox böyük çaylarının mənbəyi Tibetdədir. Bunlara - Brahmaputra, Hind, Mekonq, Saluin, Yanszı, Xuanxeni misal göstərmək olar. Tibetdə başlanğıcı olan çayların hövzələrinin ümumi sahəsi 5,4 milyon km²-dir. Çayların əsas qidalanma mənbəyi qar, buzlaq və yağış sularıdır. Ərazidə olan göllərin əksəriyyəti şorsulu və axarsızdır. Ölçüsünə görə Kukunor, Nam-So, Lanqa-So, Banqonq-So, Silinq-So göllərini misal göstərmək olar.


Tibetin yüksək ərazilərində yak, Tibet dağ antilopu, qar barsı və Himalay ayısı geniş yayılıb.