Bu maraqlıdır!

Mətbəxdə hansı materiallardan istifadə olunur?

Mətbəxdə ən müxtəlif materiallardan, məsələn, polad, dəmir, alüminium kimi metallardan istifadə edilir. Metaldan məişət elektrik qurğularının-soyuducu və dondurucuların, paltaryuyan maşınların mikrodalğalı sobaların, qızdırıcıların və s. mühərriki və birləşmələri hazırlanır.

 

Plastikdən, adətən, qurğuların korpusları hazırlanır, onun içərisinə mühərrik və başqa elektrik hissələri yerləşdirirlər. Rezindən hissələrin birləşmələrinin arasındakı boşluqlarda sıxlaşdırıcı axınlar üçün, şüşədən isə qapı və pəncərəyə qoyulmaq üçün istifadə edilir.