Bu maraqlıdır!

Hoba meteoriti

Hoba – planetimizdə tapılan ən böyük meteoritdir, həmçinin yer üzündə təbii mənşəli meydana gələn ən böyük dəmir parçasıdır. Afrikanın Cənub-Qərbində, Namibiyada, Hoba Vest fermasının yanında, düşdüyü yerdə qorunur.

 

Təxminən 66 ton ağırlıq və 9 m³ həcmində olan bu göy cismi hələ ibtidai zamanlarda düşmüş və yalnız 1920-ci ildə Namibiyada Qrotfonteyn yaxınlığında tapılmışdır. Hoba adını elə tapıldığı "Hoba Vest" fermasına görə alıb. Onu tapan fermer Yakobus Hermanus Britsin sözlərinə görə, o, sahəni şumlayanda bu meteoriti tapıb.

 

1929-cu ildə meteorit İngilis mineralogist Leonard Spenser tərəfindən öyrənilib.

 

Bu möcüzəvi meteoritin qazılaraq torpağın səthinə çıxarılması və ölçülən zaman maraqlı xüsusiyyətləri ortaya çıxıb. Belə ki, bu dəmir parçası nisbətən hamar-düz bir səthə, nisbətən düz kənarlara sahibdir; bunu, kosmik cismin düşdüyü yerdə kraterin olmaması izah edir. Alimlər meteoritin bu yerə gölün su səthinə atılan düz çınqılın düşdüyü kimi yerləşdiyini güman edirlər. Bu hadisə təxminən 80.000 il əvvəl baş vermişdir. Nə zərbə kraterinin, nə də başqa düşmə izləri olmadığından, bu meteoritin tapılması sırf təsadüf nəticəsində baş verib.

 

Görünür, atmosfer meteoritin düşməsini yavaşıtdı və buna görə də enerji, böyük tullantılar daha olmadı.

 

Hoba sıx metal quruluşa sahibdir, ölçüsü 2,7×2,7×0,9 metrdir. O, 84 % dəmirdən və 16 % az kobalt qarışığı olan nikeldən ibarətdi. Meteoritin yuxarısı dəmir hidroksidlərlə örtülmüşdür. Kristal quruluşu baxımından "ataxit" nikeli ilə zəngindir.

 

Meteoritin çəkisi heç vaxt çəkilməyib. Hesab edirlər ki, onun Yerə düşən zaman ilkin kütləsi təxminən 90 ton olub. 1920-ci ilin hesablamalarına görə onun kütləsi hardasa 66 ton idi, amma eroziyaya, elmi tədqiqatlara və vandalizmə görə Hobanın çəkisi 60 tona düşdü.