Xəbərlər

Budo döyüş növləri üzrə Bakı şəhər açıq turniri keçirilib

Bakı, 31 iyul, AZƏRTAC

 

Gənclər və İdman Nazirliyinin yaradılmasının 24 illiyi ilə əlaqədar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində budo döyüş növləri üzrə açıq paytaxt birinciliyi keçirilib.

 

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran təmsilçiləri də birincilik uğrunda mübarizə aparıblar.

 

Ümumilikdə 300-dən çox budoçunun qatıldığı turnirdə qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunublar.