Bu maraqlıdır!

Terrakota ordusu

Terrakota ordusu ilk Çin imperatoru Sin Şi Xuandinın ordusunu təsvir edən heykəllərdir. Onlara həmçinin “yeraltı heykəllər ordusu və ya torpaq əsgərlər” də deyirlər. Heykəllərin imperator Sin Şi Xuandini axirət dünyasında qorunmaq üçün hazırlandığına inanılır. B.e.ə 210–209- cu ildə torpağa basdırılıb. Təxminən bizim eradan üç əsr əvvələ aid olan heykəllər 1974-cü ildə Çinin Shaanxi əyalətinin Xi'an bölgəsində yerli əkinçi tərəfindən tapılmışdır. Əkinçi, Li dağı ətrafında imperator Sinin türbəsindən şərqə doğru təxminən 1,5 kilometr uzaqda su quyusu qazarkən heykəlləri tapıb.

 

Ən yüksək hərbi vəzifə general idi buna görə də heykəllərin vəzifələrinə uyğun olaraq hündürlüyü dəyişirdi. Boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlərin hər birinin üz ifadəsi fərqlidir. Heykəllərə döyüşçü, döyüş arabası və süvari atlı daxildir. 2007-ci ilin təxminlərə görə, Terrakota ordusunu əhatə edən üç qazıntı çuxurunun, əksəriyyəti Qin Şi Huang məqbərəsi yaxınlığındakı çuxurda 520 atıyla 8000 min əsgərin, 130 döyüş arabası və 150 suvari atlı heykəlinin basdırılmış halda qaldığı düşünülür. Çuxurlardan ən böyüyü əsasən piyada əsgərlərin heykəllərindən ibarətdir.

 

Qazıntı çuxurlarında qeyri-hərbiçi heykəlləri də var. Onlara vəzifəli şəxslərin, akrobat, pəhləvan və musiqiçilərin heykəlləri aiddir. Türbənin qurulması məqbərənin başa çatmasından bir əsr sonra tarixçi Sıma Sıan tərəfindən təsvir edilib. Onun sözlərinə görə, tikinti işləri b.e.ə 246-cı ildə imperator Sin 13 yaçında taxta çıxanda başlayıb. Tikintiyə 700000 işçinin cəlb olunduğu deyilir. Birinci imperatorun ölümündən 6 əsr sonra coğrafiyaşünas Li Daoyuan yazır ki, Li dağı şimalda qızıl, cənubunda jade təbii daşı ilə zəngin olduğuna görə məşhur ərazi sayılırdı. Torpaq əsgərlərin hələdə açılmayan sirləri var. Bunlardan biri, hər bir əsgərin paltar, dəri rənglərinin eyni olması və üz emosiyalarının fərqlənməsidir. Heykəlləri gün üzünə çıxarmaq mümkün deyil. Bu nəhəng ordunun yalnız 2000-i gün üzünə çıxarılıb. Qalanı isə hələ də üç ayrı çuxurda sərgilənir. Çünki kimyaları hələ də elmə məlum deyil. Gün üzünə çıxarılan heykəllər bir həftə içində orijinal hallarını itirərək torpaq rənginə dönür.