Təbiət

Dünyanın ən yaşlı zeytun ağacı- Ano Vouves

Dünyanın ən yaşlı zeytun ağacı Yunanıstanda, Krit adasının Ano Vouves kəndində bitir. Ona görə də ağaca Vouve zeytunu deyilir. Ağacın dəqiq yaşı hələ də müəyyən olunmayıb. Əsrlər keçdikcə “ağacın ürəyi” deyilən hissə yoxa çıxdığına görə, yaşı radioktiv izotoplarla dəqiq hesablamaq mümükün olmayıb. Lakin ağac halqalarını analiz etdikdə onun ən az 2000 yaşı olduğu görünmüşdür.

 

Ağac, ən az 2000 yaşı olmasına baxmayaraq, hələ də zeytun verir. Digər tərəfdən isə, Krit Universitetin alimləri onun 4000 yaşı olduğunu təxmin edir. Həmçinin onun yaşının yaxınlıqdakı yunan qəbirstanlığı ilə də hesablayırlar. Vouvenin diametri 4.6 m, perimetri isə 12.5 m-dir. 1997-ci ildə ağac qorunan bir təbiət abidəsi elan edilmiş və 2009-cu ilin oktyabrında, 19-cu əsrə aid olan bir evin yaxınlığında ənənəvi alətləri və zeytun yetişdirilməsi proseslərini nümayiş etdirən Vouves Zeytun Ağacı Muzeyi açılmışdır. Bu ağacın budağından hörülən çələnglər 2004-cü ildə Afina, 2008-ci ildə isə Pekin Olimpiadasının qaliblərinin başına taxılıb.