Təbiət

Yallı canavar

Yallı canavar və ya quara, aquaraçay (lat. Chrysocyon brachyurus) - Cənubi Amerikada itlər ailəsinin ən böyük nümayəndəsidir. Yallı canavar unikal görünüşə malikdir. O canavardan daha çox uzun, qamətli ayaqlara malik böyük tülküyə oxşayır.


Canavar, tülkü və maralın qarışığı kimi görünən bu məməli heyvan canavar olmasına baxmayaraq, əslində canavarlarla yaxın qohumluğu yoxdur. Yenə canavarlardan fərqli olaraq tək yaşayır və bitki mənşəli qidalara üstünlük verirlər. Canavarın hündürlüyü 74-87 sm, bədən uzunluğu 125-130 sm, çəkisi isə 20-23 kiloqramdır.


Uzun ayaqlardan başqa heyvanın uzunsov sifəti, qısa quyruğu və dik dayanan uzun qulaqları da onu başqa heyvanlardan fərqli edir. 


Yallı canavar çəmənli düzənliklərdə, meşə kənarında və yüksək otla örtülmüş bataqlıqların ətrafında yaşayır. Yəqin ki, uzun ayaqlar canavara yüksək otların içində ətraf mühitə yaxşı baxa bilməsi üçün lazımdır. Tropik meşələrində və dağlarda yallı canavarına rast gəlinmir.


Canavarın yumşaq tükü sarımtıl-qırmızı rəngdədir, quyruğunun ucu və çənəsinin alt hissəsi ağ rəngdədir. Boynunun üstündən belinin yarısına kimi qara zolaq keçir. Ayaqlarının aşağı hissəsi isə qara rəngdədir.


Əsasən gecələr ov edir. Gündüzlər dincəlir, axşamlar isə ova çıxırlar. Erkək canavar dişilərlə müqayisədə daha çox fəaldırlar. Canavar cüt şəkildə yaşayır, lakin tək dincəlib, tək də ov edirlər.


62-65 gün çəkən hamiləlik dövrü nəticəsində 1-5 kor bala doğulur. Canavarlarda laktasiya dövrü - 15 həftəyə qədər davam edir. Körpə canavarlar 4 həftə ana südü ilə qidalanır, sonra isə anasının gətirdiyi ovlarla böyüyürlər.


İnsan yallı canavarın dərisini və ətini istifadə etmir, ancaq bir zərərverici kimi ona ov edir.