Bu maraqlıdır!

Dilin quruluşu və funksiyası

Böyüklərin uşaqlara nisbətən az dondurma və ya konfet yediyinə fikir vermisinizmi? Sadə dildə olaraq bunu belə izah etmək olar: böyüklərin dilində uşaqlara nisbətən üç dəfə az dad reseptorları var. 


Dil - qan damarları, sinirlər, vəzilər və limfoid ünsürlərlə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Hər kəsin özünəməxsus dili var. Onun cizgiləri barmaq izləri kimi unikaldır. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Onun köməyi ilə biz danışırıq, qida qəbul edirik, ağız boşluğunun sağlamlığını dəstəkləyirik, hətta onun köməyi ilə bütün orqanizmimizin vəziyyətini öyrənə bilirik.


Yemək zamanı dilin əsas funksiyası – qidanı çeynəməkdə kömək etməsidir. 10 mindən çox limfa ünsürləri (dad hüceyrələri) dili əhatə edir. Onlar bizə yeyilən yeməklərin dadı haqqında məlumat verir. 


Ümumi olaraq dörd dad var - duzlu, turş, şirin və acı. Dad hüceyrələrinin ömrü çox qısadır - yalnız 10 gündən sonra onlar gənc və yeniləri ilə əvəz olunurlar.
Dilin ucunda olan papillalar əsasən - şirin dadı, yan hissəsindəki - duzlu, dilinin orta hissəsinin yan tərəfindəki papillalar isə -acı dadı müəyyən edir. 


Deyilənə görə, dilin vəziyyəti, rəngi və şəkli bir çox xəstəliyin xəbərçisidir. Üstəlik dilin rənginə baxaraq irəli zamanlarda ortaya çıxacaq xəstəlikləri öncədən bilmək olar. Buna görə də həkim həmişə dilinizi göstərməyi xahiş edir.