Cizgi filmləri

“Sehrli çıraq” cizgi filmi

“Sehrli çıraq” kukla cizgi filmi 1987 ildə rejissor Vaqif Behbudov tərəfindən çəkilmişdir. Film lovğa oğlan Nazimin öz səhvi ucbatından daim çətinliklərlə qarşılaşmasından, sonradan isə səhvlərini başa düşərək peşmançılıq keçirməsindən danışır. Filmdə tanınmış Azərbaycan aktyorları Nəsibə Zeynalova, Yaşar Nuri, Siyavuş Aslan və başqaları iştirak edirlər.