Afişa

“Mission: MARS” elm düşərgəsinə tələsin

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinn dəstəyi, Mars Academy təşkilatçılığı ilə  uşaqlar və yeniyetmələr üçün “Mission: MARS” elm düşərgəsinə təşkil olunub.


Agentlikdən AZƏRTAC-a bildirilib ki, uşaqların yay aylarını səmərəli keçirməsi məqsədilə təşkil olunan elm düşərgəsi çərçivəsində balacalar üçün “LEGO Education” ilə Robotiks, 3D Modelləşdirmə və Animasiya, Arduino və Minecraft ilə mühəndislik, eyni zamanda maraqlı ekskursiyalar, oyunlar və seminarlar təşkil olunacaq.  “Mission: MARS” elm düşərgəsi iki yaş qrupu üzrə nəzərdə tutulub: balacalar - 5-8 yaş və böyüklər – 9-15 yaş arası uşaqlar.


Elm düşərgəsi həftə sonları daxil olmaqla 10 gün - iyunun 21-dən 30-dək davam edəcək. Düşərgəyə qoşulmaq üçün (051) 700 85 05 telefon nömrəsilə müraciət edə bilərsiz.