Bu maraqlıdır!

Erexteyon məbədi

İlahə Afina və dəniz allahı Poseydonun şərəfinə tikilən qədim Yunan məbədi Erexteyon Yunanıstanın paytaxtı Afinada yerləşir. Məbəd b.e.ə 421-406 – cı illərdə tikilib. Məbədi Parfenonun heykəltaraşı Fidi tikib. 

 

Deyilənə görə məbəd, yaxınlıqda basdırılan əfsanəvi kral Erexteusun şərəfinə tikilib. Məbədin şimalında altı ionik sütundan ibarət eyvan var. Cənubda isə məbədi dəstəkləyən karyatid adlanan 6 nəhəng qadın sütunu var.

 

1800-cü ildə, İsveç imarətini bəzəmək üçün, şərq hissədəki 6 qadın sütunundan biri, heykəlin üst hissəsi ilə birlikdə Lord Elgin tərəfindən sökülüb və Britaniya muzeyinə satılıb. 

 

Afina əfsanələrinə görə, geridə qalan 5 karyatid bacılarını itirdiklərinə görə gecələri ah-nalə edib. Elgin ikinci karyatidi sökmək üçün cəhd edir. Beləliklə məbəddə texniki problemlər yaranır. Ona görə də Elgin bütün karyatidləri binadan sökməyə çalışır. Ancaq heykəl çökür və geriyə parçaları qalır. Sonradan sement və dəmir çubuqlardan istifadə edərək bərpa edilir. 

 

Yunanıstan istiqlal müharibəsi zamanı bina bombalanır, şimal sütununun tavanı uçur, yan divarlarının böyük bir hissəsi isə tökülür. 1977-1988-ci illər ərzində məbəddə yenidənqurma işləri aparılıb. Bərpa işləri aparılan zaman sement qalıqları və daha sonra isə Afinada baş verən çirklənmə ilə əlaqədar olaraq, 5 karyatid ziyan görür. 1979-cu ildə beş orijinal karyatid qədim Akropol Muzeyinə köçürülür və əvvəlki yerinə başqa nüsxələri yerləşdirilir. 

 

2005-ci ildə alimlər lazer təmizliyi ilə zərərin bərpası üçün çalışdılar. Erexteyonun bərpası mükəmməl alındığı üçün, Avropa Nostra mükafatına layiq görüldü. XIX əsrin əvvəlində Lord Enginin götürdüyü 6 qadın sütunundan biri, əsli hal-hazırda Britaniya muzeyində, Londonda saxlanılır.