Təbiət

Xoşbəxt üzlü Havay hörümçəyi

Xoşbəxt üzlü Havay hörümçəyi (lat.Theridion grallator) Havay arxipelağına aid olan hörümçək növüdür. Bu hörümçəklər dəniz səviyyəsindən 300-2000 m yüksəklik ərazilərində yerləşən yağışlı meşələrində yaşayır.


Havay dilində bu canlıya “nananana makakiʻi”, yəni üzü naxışlı hörümçək deyilir. Hörümçəyin uzunluğu 5 sm-dir. Sarı bədənində gülücüyə və ya təlxək üzünə bənzəyən naxışlar var. Hər bir hörümçəyin naxışı adadan-adaya asılı olaraq bir-birindən fərqlənir. 

 

Hörümçəklərin əsas düşməni olan quşlardan qorunmaq üçün kamuflyaj xüsusiyyətləri var. Yedikləri yeməkdən və yaşadığı mühitdən asılı olaraq naxışlar fərqlənir. Beləcə onlar düşməndən qoruna bilir. Çoxalma dövrlərində erkəklər ölür. Dişilər isə öz yumurtalarını qorumaq məqsədilə uzun müddət yaşayır.