Şeirlər

Saib Təbrizi. “Söz”

Hansı qəlbdə yandısa, bil ki, çıraqban etdi söz, 
Söz qanan insanları gülşəndə mehman etdi söz.


Hansı söz ki dinlədikdə qəlbə təsir etmədi, 
Bil, təbiltək hay salıb boş yerdə cövlan etdi söz.


Öz qələmin dişləyərsə söz yazan sözdən sarı, 
O qələm əhlin axırda çox pərişan etdi söz.


Özgələrdən bircə fərqim vardı bu babətdə kim, 
Hamıdan artıq məni mənada heyran etdi söz.


Mehribanlıq eyləyib mən sözlərə verdim sığal, 
Quş kimi açdı qanad, göylərdə cövlan etdi söz.

 

 

Çün qələmtək öz başından keçdi Saib söz üçün, 
Bu səbəbdəndir, onu məşhuri-dövran etdi söz.