Bu maraqlıdır!

Beyin məlumatını necə saxlayır

Məlumat saxlama – yaddaşdır, yada salma isə öyrənmə ilə sıx bağlıdır.


Psixoloqlar uzun müddətdir ki insanın necə bəzi şeyləri uzun müddət yadda saxladığını, bəzən də nə üçün öyrəndiyi çox şeyi unutduğunu izah etməyə çalışıblar. Ancaq heç kim bu suallara dəqiq cavab tapmayıb. 


Nəzəriyyəyə görə, şəxs bir şey öyrənəndə onun beynində fiziki dəyişikliklər baş verir. Beyində müəyyən bir iz qalır. Buna görə, xatirələr beyindən çıxa bilər, yalnız zamanla yox ola bilər. Hər hansı bir hadisəyə münasibətiniz də onu xatırlanacaq və ya xatırlanmayacaq olmasına təsir göstərir. Ümumiyyətlə, insanlar xoşagəlməz və ya ürək sıxıcı hadisələri unutmağa meyl edir və xoş olanı xatırlayırlar.


İnsan beyni ətraf mühitdə baş verən hadisələrin hamısını fərqli formalarda yaddaşda saxlayır. Bu məlumatlardan bəziləri qısamüddətli yaddaşa gedir və bir neçə dəfə istifadə etmək üçün lazım olur. Qısamüddətli yaddaşa gedən məlumatlar bir vaxtdan sonra silinir və beyində yeni məlumatlar üçün yer açılır. Uzunmüddətli yaddaş isə digərindən çox fərqlənir. Ömrümüz boyunca xatırladığımız bu məlumatlar beyin tərəfindən bir neçə əməliyyatdan sonra yaddaşa yazılır. Müəllimlərimiz, ilk tanıdığımız insanlar və sevdiyimiz şeylər, uzunmüddətli yaddaşa nümunədir.


Məlumatın qısamüddətlidən uzunmüddətliyə keçməsi beyində baş verən mürəkkəb və ardıcıl reaksiyalar nəticəsində yaranır. Uzunmüddətli yaddaşa yazılan məlumatlar bir hadisənin davam etmǝsi və ya bir təcrübənin qazanılması ilə baş verir. Hadisənin və təcrübənin bizə ötürdüyü məlumat, beynimizin əsas neyron sistemini işlədərək məlumatların yerləşdiyi mərkəzə molekulyar siqnallar göndərir. Bu siqnallar genetik kodların yerləşdiyi hüceyrə nüvəsinə qədər yol qət edərək nüvənin fəaliyyətə keçməsinə səbəb olur. Fəallaşan nüvə uzunmüddətli yaddaşa yazılacaq məlumatın yerləşdiyi sinir nöqtələrini genişləndirir. Bu baş verən fəallıqdan sonra məlumat uzunmüddətli yaddaşa həkk olur.


Təbii ki, beyində baş verən bu proseslər oxuduğunuz kimi asan deyil. İnsanın ən vacib xüsusiyyətlərindən biri olan yaddaşı daha yaxşı işlətmək üçün tədqiqat aparan alimlər insan yaddaşındakı məlumatları daha uzun müddət davam etdirmək üçün ciddi testlər aparırlar. Hüceyrə nüvəsinə gedən molekulyar siqnalın nə olduğunu bilməyən alimlər, gün keçdikcə bu molekulyar sinqalın sirrini açıblar.


Bəzi elm adamları məlumatların saxlanılmasının kimyəvi bir proses olduğunu düşünür: fərdi sinir hüceyrələri kimyəvi olaraq kodlanmış məlumatları daşıyır.
Digər alimlər hesab edirlər ki, yaddaş sinir strukturunda baş verən dəyişikliklərin nəticəsidir. Yəni, yaddaş hələ də sirrdir.