Şeirlər

Səməd Vurğun. “Çinarın şikayəti”

İxtisarla


Dindi yol üstündə qoca bir çinar: 
“Şairim, sənə bir şikayətim var:
Bu qoca dünyanın şahidiyəm mən... 
Kölgəmdə dincəlir hər gəlib-gedən. 
Bağçalar gül açır yaş torpağımda. 
Quşların adı var hər yarpağımda. 
Mən bu yer üzünə gələndən bəri 
Olmuş budaqlarım hava səngəri. 
Kötüyüm dünyanın sirrilə dolu,
Bax ayrılmamışam öz kötüyümdən!.. 
Qəhrəman bir elin timsalıyam mən... 
İnsana yaxşılıq gəlmiş əlimdən...
Sonra dinləmişəm can dəftərini.
Ağır səfərlərə çıxan hər nəfər 
Tükənmək bilməyən uzun gecələr 
Sığınmış qoynuma sözü var kimi. 
Örtmüşəm üstünü çadırlar kimi; 
Başına yağmamış nə yağış, nə qar, 
Tarix yaxşılığı yaxşı salamlar!
Bəzən də bir sərin axşama yaxın 
Ətəkli çöllərdən hey axın-axın
Qalxan dolaşalar qaqqıldaşaraq, 
Dərələr keçərək, dağlar aşaraq, 
Başımın üstündə dövrələr vurur.
Bir yerə sıxlaşıb, məclislər qurur.
Bu doğma quşların simfoniyasından 
Zövq alır dünyanın şöhrəti insan. 
Bəzən də canlanır gündüzün səsi - 
Yığışır kölgəmə uşaq dəstəsi,
Azad yurdumuzun şərqilərindən 
İxtiyar yaşımda zövq alıram mən... 
Fəqət deyirlər ki, yoldaş mühəndis 
Məni bir arxasız, yurdsuz, kimsəsiz 
Zənn edib, plana almışdır ki, mən 
İndi çıxmalıyam öz kötüyümdən... 
Demək, qalmayacaq məndən yadigar. 
Ancaq mühəndisə bir sualım var: 
“Ömründə bir şitil, bir budaq belə, 
Mühəndis əkmişmi ban əlilə 
Ki, məni - bu boyda çinan birdən 
Qoparmaq istəyir durduğu yerdən?” 
Mən bu şikayəti duyduqca dərin, 
Dedim ki, haqlısan, qocaman çinar! 
Bizdə təbiətə zülm edənlərin 
Nə insan duyğusu, nə də haqqı var!