Təbiət

Avstraliyanın buynuzlu köpəkbalığı “Port – Cekson”

Avstraliyanın buğa köpəkbalığı və ya buynuzlu köpəkbalığı kimi də tanınan Port – Cekson köpəkbalığı Sakit və Hind okeanlarının mülayim və tropik sahil sularında, mərcan və yosun çəmənliklər arasında yaşayır. Port Cekson köpəkbalığına ilk dəfə Avstraliyanın cənub sahillərində rast gəlinib, buna görə də Avstraliyanın köpəkbalığı kimi dünyada tanınır. 


İri başına baxmayaraq xırda və sıx dişləri olan yumru ağıza sahibdir  və gözlərinin üst nahiyəsində buynuzabənzər çıxıntılar var. Buynuzlu köpəkbalığının dişləri ən müxtəlif ovları ovlamaq üçün uyğunlaşıb. Kiçik kəskin ön dişlər mükəmməl balıq ovu üçün yararlıdır.


Bu köpəkbalığı insanlar üçün təhlükəli sayılmır. Lakin aşağı və bel üzgəclərinin ucunda zəhər var. Zəhərli tikanlar böyük dəniz yırtıcılarına qarşı passiv qorunma üçün vacibdir. Port Cekson köpəkbalığının beş üzgəci var. 


Buynuzlu buğa köpəkbalığı nadir hallarda 1 metrdən çox uzunluğa çatır. Bu balıq ailəsinin ən böyük və ən yaşlı üzvü -165 sm uzunluğa çatıb, ikinci ən böyüyü isə 1,5 metrədək Yapon buğa köpəkbalığı Neko Zame olub.


Port Cekson köpəkbalığının dərisi qara zolaqlı bozdur. Bu balıqlar ərazi instinktinə malikdirlər - hər birinin öz sahəsi var və yad biri əraziyə daxil olduqda onunla mübarizə aparırlar.


Bu köpəkbalığı gündüz həyat tərzi yaşayır. Günortadan sonra, buynuzlu köpəkbalığı gizli yerlərdə gizlənir. Sürülərlə toplanır. Digər köpəkbalıqlarından fərqli olaraq yumurta qoyaraq çoxalır. Ciftləşmə mövsümündə köpəkbalığı 800 km-ə qədər yol köç edir. Ciftləşmədə 2-3- həftə sonra dişi köpəkbalığı konus formasında 16-ya yaxın yumurta qoyur. Embrionlardan uzun bir müddətə, yəni 1 ilə bala köpəkbalıqları dünyaya gəlir.


Köpəkbalığı uzun müddətə böyüyür, erkəklər 8-10 yaşında cinsi yetkinliyə çatır, dişilər isə 11-14 yaşlarında. Bu yırtıcı köpək balığın ömrü 30 ildir.
Buynuzlu köpəkbalığının ticari dəyəri yoxdur.