Xəbərlər

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat zamanı valideyn yalnız bir məktəb seçə bilər

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat zamanı valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişmək istədikdə o, şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra valideyn sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.