Bu maraqlıdır!

Təbii mayak

Siz bilirsinizmi ki, ən məşhur təbii mayak harada yerləşir? Dünyanın bütün dənizçiləri Mərkəzi Amerikanın sahillərində yerləşən, hündürlüyü təxminən 2000 metr olan İsalko vulkanını tanıyırlar. 

 

Demək olar ki, hər səkkiz dəqiqədən bir  burada yeraltı uğultular eşidilir  və vulkanın kraterindən tüstü ucalır. Həmin tüstü hündürlüyü  300 metrə qədər olan sütuna çevrilir və maqma püskürür.

 

Belə püskürmələr burada iki yüz il ərzində baş verir. Buna görə o günün istənilən vaxtında və istənilən hava şəraitində etibarlı səmt göstəricisi hesab olunur.