Təbiət

Yastı qurdlar

Zooloqlar yastı qurdların 12 mindən çox növünü təsnif edir. Daxili orqanları arasındakı boşluq birləşdirici toxumadan ibarət parenxima ilə doludur. Yastı qurdların yuvarlaq qurdlardan və annelidlərdən fərqli olaraq bədən boşluğu yoxdur. Yastı qurdların tənəffüs orqanları yoxdur: onlar bədənin bütün səthində oksigeni qəbul edirlər. Həmçinin buu qurdlarda qan da yoxdur.


Bağırsaq özü qida maddələrini bütün bədənə daşıyır. Yastı qurdların daha bir xarakterik xüsusiyyəti bağırsağının kor-koranə bitməsidir: anus yoxdur. Həzm olunmamış qida qalıqları ağızdan xaricə atılır.


Yastı qurdların ən aşağısı kirpikli qurdlardır (turbellaria). Onların əksəriyyəti dəniz və şirin suların sakinləridir (parazit deyil). Onlar adətən kiçik ölçülüdür: bir millimetrdən bir neçə santimetrə qədər. Baykal gölündə isə uzunluğu 40 santimetrə qədər olan nəhəng turbellariya yaşayır.