Şeirlər

Tofiq Müttəlibov. O, məktəbə tələsir

Torpaqda gül ətri var,
Səhərdir, hava təmiz.
Ürəyində arzular,
Dərsə gedir Aybəniz.
 
 
Əlində təzə çanta,
Lent bağlamış saçına.
Yol verin Aybənizə,
Boz dumanlar, qaçın ha...
 
 
Açıb güllər, çiçəklər,
Sərin-sərin yel əsir.
Qanadlanır quş kimi
O, məktəbə tələsir.
 
 
Ay maşınlar, yol verin,
Siz də dayanın bir az.
Aybəniz yaxşı bilir,
Dərsə gecikməz olmaz.
 
 
Elə bil ki, dil açır,
Eniş, yoxuş, çay, dəniz.
– Dərsə gedir Aybəniz,
Dərsə gedir Aybəniz.