Xəbərlər

24 May Avropa parklar günüdür

Avropa parklar günü AVROPARK Federasiyası tərəfindən təsis edilmişdir. Federasiya Avropanın 36 ölkəsində mühafizə olunan təbiət ərazilərini birləşdirir. İlk dəfə 1999-cu ildə keçirilmiş bu gün hər il matın 24-də bütün Avropada bayram edilir.


24 may tarixi təsadüfən seçilməmişdir. 1909-cu ilin həmin günü Avropada ilk dəfə İsveçdə 9 milli park yaradılmışdır. O vaxtdan mühafizə olunan təbiət əraziləri Avropanın təbii və mədəni irsinin misilsiz hissəsinə çevrilmişdir.


Bu ekologiya bayramı Avropa qoruqlarının profilini yüksəltmək, habelə onların ictimai fəaliyyətini dəstəkləmək üçün təsis edilmişdir. Hazırda Avropa Parklar günü təbiət ərazilərinin mühafizəsi işində beynəlxalq həmrəyliyin rəmzinə çevrilmişdir.


Bu gün qoruq və ətraf ərazilərdə diqqəti Avropanın təbii gözəlliyinə və onun mədəni sərvətinə cəlb etmək üçün çoxsaylı tədbirlər keçirilir, milli parkların mühafizəsi ön plana çəkilir.