Bu maraqlıdır!

Flinders Çeyz Milli Parkı

Flinders Çeyz, Avstraliyanın Kinqskot şəhərindən 110 km məsafədə, Kenquru adasının qərbində yerləşir. Park 1919-cu ildə təsis edilib və 326 kvadrat kilometr əraziyə malikdir. 


Parkı məşhur edən geoloji əmələgəlmələridir – Möhtəşəm Qayalar (Remarkable Rocks) adlanan daşlar, Admiralın Arkası (Admiral`s Arch) və 1858-ci ildə Borda burnunda tikilmiş mayakdır. Mayakdan başqa bu möcüzənin yaradıcısı yağış və küləkdir.


Flinders Çeyz Milli Parkında nadir növ heyvanlara rast gəlmək olur. Bundan əlavə, parkda çoxsaylı kenquru və koalalar yaşayır.


Emu dəvəquşu bir vaxtlar Kenquru adasının endemik sakini sayılırdı, lakin XIX əsrdə nəsli adada tükəndi. Parkda altı növ qurbağa yaşayır. 1940-cı illərdə buraya koala və ördəkburun da daxil olmaqla 23 növ heyvan gətirildi. Sahildə iri, dəri tısbağasına da rast gəlmək mümkündür.