Görkəmli şəxsiyyətlər

Etel Lilian Voyniç

Etel Lilian Voyniç 1864-cü il may ayının 11-də İrlandiyanın Kork qraflığının Kork şəhərində, çox məşhur ingilis riyaziyyatçı Corc Bulun ailəsində dünyaya göz açıb. Kiçik Liliana demək olar ki, atasını tanımaq belə nəsib olmayıb. Çünki bu tanınmış elm adamı qızcığazın altı aylığında vəfat edib. Atasının erkən yaşlarında həyatdan getməsinə baxmayaraq elmdə əldə etdiyi nailiyyətlərə görə onu böyük elm xadimi kimi Böyük Britaniya ensiklopediyasına daxil ediblər. Lilianın ana tərəfi də tanınmış elm xadimlərindən olub. Onun anası Meri Everestin atası tanınmış yunan dilçiliyi üzrə alim, professor idi. Qeyd edək ki, dünyanın Himalay dağlarında yerləşən ən hündür zirvəsi məhz Etel Lilianın anasının əmisi - Corc Everestin şərəfinə adlandırılıb. 


Atasız Etelin uşaqlığı çox çətin və kədərli keçib. Ərinin ölümü ilə asanlıqla barışa bilməyən anası psixoloji gərginliklərdən savayı həm də maddi sıxıntılar içərisində beş kiçik qızcığazın tələbatlarını ödəmək məcburiyyətində idi. Meri Bul bacardığı işlərin hamısı ilə məşğul oldu - riyaziyyat fənnindən dərs deməyə, qəzet və jurnallara məqalələr yazmağa başladı. Amma bununla belə o bir sıra hallarda üzərinə düşən bütün işlərin öhdəsindən fiziki cəhətdən belə gələ bilmirdi. Hətta Etel səkkiz yaşı olanda möhkəm xəstələndi, amma anası lazım olan qulluğu göstərə bilmədiyindən məcbur qalıb onu həmin dövrlər şaxtada rəis işləyən əmisinin yanına göndərdi. Və bu ilk "səfər" Etelin xatirəsində dərin izlər buraxdı. Onun evinə gəldiyi qohumu fanatik həddə dindar, puritanlar kimi əxlaq və davranış məsələlərində çox tələbkar bir şəxs idi. Və o, uşaqlarının tərbiyəsində məhz bu qaydalardan istifadə edirdi. Balaca Etel də təbii ki, bu sərt adamın qaydalarına uymalı idi. 


İllər keçdi... Qızcığaz çətinliklə də olsa böyüdü. 18 yaşına çatarkən ona ən yaxın qohumlarından kiçik həcmdə miras qaldı. Maddi vəziyyəti nisbətən düzələn Etel ilk növbədə arzusunda olduğu Berlindəki konservatoriyada oxudu, eyni zamanda Berlin Universitetində slavyanşünaslıq leksiyalarının dinləyicisi oldu. Amma görünür tale onun üçün tamam başqa bir həyat yolu hazırlamışdı. Çünki o, musiqi təhsili alsa da əllərində müəyyən problemlər yarandığı üçün onunla məşğul ola bilmədi.


Etel Lilian gənclik illərində Londonda onun həyatında dəyişikliklər yaradacaq insanlarla maraqlanmağa başlamışdı. Həyatın, insanların ən dərin çalarlarını, cizgilərini öyrənməyə çalışan Lilian ölkələrini tərk edərək İngiltərənin paytaxtında sığınacaq tapmış bir sıra siyasi emiqrantlarla tanış oldu. Onların əksəriyyəti siyasi baxışlarına görə təqib edilən polyak və rus inqilabçıları idi. Bu emiqrantların arasında yaradıcı insanların da olması Eteli ümumiyyətlə bu insanlara ürəkdən bağlamışdı. Bunlardan başqa, bu həmin dövr idi ki, inqilabi mübarizənin romantikası ziyalılar üçün ən dəbdə olan "məşğuliyyət" hesab edilirdi. Və onsuz da dünyanın ədalətsiz düzəninə yasın tutulmasının rəmzi olaraq qara paltarlar geyinən Etel Lilian üçün bu "əzabkeşlər" hər kəsdən fərqli görünürdü. O, bu çağlarda Londonda yaşayan "Gizli Rusiya" əsərinin müəllifi, inqilabçı, emiqrant-yazıçı S.M.Stepnyak-Kravçiniski ilə tanış oldu və bu tanışlıq onda sehirli təsəvvürlər yaradan həmin ölkəyə getmək istəyi oyatdı.


Nəhayət 1887ci ilin avqustunda Etel bu istəyini reallaşdırdı. Onun Rusiyadakı həyatı təxminən iki il sürdü. Etel bu illər ərzində bəzi ailələrin uşaqlarına ingilis dilindən və ya musiqi dərsləri verməklə, dayəlik etməklə keçindi. Etel Lilian1889cu ilin yayında yenidən vətənə qayıtdı, elə həmin ildə S.M.Kravçiniskiyə qoşularaq "Azad Rusiya" jurnalının redaksiyasında və "Rus azadlığının dostları Cəmiyyəti"ndə işləməyə başladı. Və bu arada Etelin Rusiyada gördükləri, apardığımüşahidələri onda nəsə yazmaq, dövrün bütün keşməkeşlərini təsvir etmək arzusu oyatdı. Və o, özünün ən məşhur romanını  "Ovod"u yazmağa başladı. O, tezliklə əsərini bitirdi və roman Londonda, ardınca ABŞ-da çap olundu. İçtimaiyyəttərəfində çox böyük maraqla qarşılanan əsər qısa müddətdə Etelə istedadlı yazıçı şöhrəti gətirdi. Heç bir il çəkmədi ki,Ovod" rus dilinə tərcümə olunaraq Rusiyada da nəşr edildi. Və burada da inanılmaz populyarlıq qazandı.


Siyasi fəaliyyətinə görə sərt şəkildə - kotorqa ilə cəzalandırılmış məşhur polyak inqilabçısı Vilfred Mixael Voyniç Sibir katorqasından qaçmağa müvəffəq olmuş, çox böyük çətinliklərlə Londona gəlib burada yaşamağa başlamışdı. Etel Lilian başqa ziyalı emiqrantlar kimi Vilfred Voyniçi də yaxından tanıyırdı. Gənc yazıçı Etel Lilianın Vilfredlə bu tanışlığı 1890-cu ildə onların evlənməsi ilə nəticələndi. Evliliklərinin ilk vaxtları hər şey yaxşı təsir bağışlasa da bir neçə ildən sonra uğursuzluqla nəticələndi. Gənclər bu nigahı sürdürə bilmədilər və ayrıldılar. Amma maraqlıdır ki, Etel Lilian ömrünün sonunadək ərinin familyasını özü üçün qoruyub saxladı, ondan imtina etmədi.


Bunun əsl səbəbini heç kəs bilməsə də belə təxmin edilir ki, burada 1831-ci ildə ərinin ölümündən sonra "Voyniçin Manuskripti" kimi adlandırılan sirli əlyazmaya Etelin sahiblənməsi əsas rol oynayıb. 


Həyatın ən müxtəlif üzünü, gəzib-gördüyü yerləri, şahidi olduğu hadisələri Etel Voyniç böyük yazıçı ustalığı ilə yaradıcılığına gətirə bilirdi. "Ovod"dan bir qədər sonra - 1891-ci ildə o,Cek Reymond" romanını yazdı. Bu romanı da oxucular tərəfindən böyük maraqla qarşılandı. Sonra yaradıcılığında kiçik bir fasilə yaşayan yazıçının 1894-cü ildə qələmə aldığı "Oliviya Letem" romanı işıq üzü gördü ki, çoxları bu əsərdə təsvir edilən obrazda Etel Lilianın özünü təsviretdiyini söyləyir. Hər halda Etel Voyniçin qələmindən çıxan əsərlər artıq dünyanın ən müxtəlif dillərində, ən müxtəlif yerlərində oxunmaqdaydı. Əslində Etel Voyniçin yazdığı əksər əsərlər arasında müəyyən qədər fasilələr olmuşdur. Onunyazdığı "Rusiya yumoru" kitabı 1895-ci ildə yazılsa da "Qırılmış dostluq" romanı təxminən beş ildən sonra tamamlandı. Və qeyd edək ki, Etel Lilian Voyniç növbəti dəfə də oxucularının zövqünü oxşaya bildi. Bu əsəri də digər dillərə tərcüməolundu.


Onun şəxsi həyatında da bəzi yeniliklər baş verdi. Belə ki 1896-cı ildə Böyük Britaniyanın gələcəkdə "as xəfiyyəsu" adlandırılacaq Sidney Reyli Etel Liliana aşiq olduğunu bildirir. Və onlar xeyli müddət birlikdə olurlar. Hətta yazıçıonunla altı aylıq İtaliya səfərinə çıxdı. Amma bu münasibətlər yazıçının həyatında uzun müddət qalmadı...


1931-ci ildə Etel Lilian əsərləri dəfələrlə çap olunmuş Birləşmiş Ştatlara köçmək qərarına gəlir. Və çox çəkmir ki, o, Nyu-Yorka yerləşir. Burada yazıçının dahi polyak bəstəkarı Fredrik Şopenin məktubları kolleksiyalarından etdiyi tərcümələr işıq üzü görür. Onda artıq yazıçının 67 yaşı var idi. Maraqlıdır ki, Voyniç bədii tərcümələrlə də intensiv şəkildə məşğul olub və N.V.Qoqolun, M.Y.Lermontovun, F.M.Dostoyevskinin M.Y.Saltıkov-Şedrinin, Q.İ.Uspenskinin... əsərlərini tərcümə edib. Taras Şevçenkonun şeirlərini ingilis dilinə uğurla çevirib. Məhz Voyniç bu tərcümələriylə İngiltərədə heç tanınmayan şairi ingilislərə tanıtdı. Onu qeyd edək ki, məhz bu şeirlərin tərcüməsindən sonra Etel Voyniç bir müddət yaradıcılıqdan çəkildi və özünü bütünlüklə musiqiyə həsr etdi. Bu illərdə yazıçının musiqi əsərləri də yarandı. Bunlar çox böyük uğur qazanmasa da onların sırasında "Vavilyon" oratoriyası daha gözəl hesab edilir. Bu, təxminən 40-cı illərədək sürdü və sonradan oxucular Etel Voyniçin yalnız 1945-ci ildə yeni, həm də sonuncu romanını - "Sən ayaqqabıları çıxar" əsərini qarşıladılar. Roman Makmillan nəşriyyatında nəşr olundu.


Sonra o yazmaq istəsə də bunu etmədi. Daha doğrusu, edə bilmədi. Artıq o çox qocalmışdı. Ölüm onun 96 yaşında qonağı oldu və Etel Lilian Voyniç 1960-cı il 28 iyulda Nyu-Yorkda gözlərini əbədi yumdu. Özünün vəsiyyətinə görə, onun bədəni yandırılaraq külü Nyu-Yorkun mərkəzi parkına səpildi.