Şeirlər

Samuil Marşak. “Top”

Tərcüməçi İsa İsmayılzadə 

 


Mənim
Gum-gum gumbuldayan
Ala-bəzək,
Gözəl
Topum!
Dayan,
Dayan!
 
Yarı mavi,
Үап
San,
Үап qırmızı
Topum!
Dayan,
Səni necə tapım?!
 
Topum, səni
Əllərimlə
Şappıldatdım,
Yerə vurab
Tappıldatdım.
 
On beş dəfə
Nişan aldım
Divarı.
Uça-uça
Gəldin yenə
Mənə sarı.
 
Sonra...
Birdən
Diyirləndin
Addım-addım,
Daha geri
Qayıtmadın...
 
Getdin, getdin
Bostana
Diyirləndin,
Gözdən itdin.
Sonra dəydin
Darvazaya,
 
Sonra çıxdın
Küçəyə - havaya.
Ora-bura dəyə-dəyə
Gedib çatdın döngəyə.
 
Orda səni
Əzdi maşın
Bircə anda.
"Part" - elədin,
"Şart" - elədin
Lap gözümün
Qabağında.