Bu maraqlıdır!

Dünyanın ən uzun coğrafi adı

Dünyanın ən uzun coğrafi adı (toponim) - Yeni Zelandiyada Taumata Təpəsinin adıdır. Sakit okeanının sahillərində, Şimali adada, Poranqaxau şəhərinin yaxınlığında yerləşir. Bu təpənin dünya şöhrətli olmasına nə coğrafi quruluşu, nə də ki, faunası deyil, 85 hərfdən ibarət olan uzun adı səbəb oldu – Taumatawhakatangihangakoauauotamateaturipukakapikimaungahoronukupokaiwhenuakitanatahu.

Yerli sakinlər qısa olaraq təpəyə Taumata deyirlər. Maori mənşəli sözdür. 40 hecadan ibarətdir.


Təpə hətta Ginnesin Rekordlar Kitabına da düşüb. 


Rus transkripsiyasında təpənin adı 82 hərflə qeyd olunur. Rus dilində tərcüməsi belədir: "Böyük dizləri olan adam, torpaq araşdırıcısı Tamateyin sevdikləri və fleyta çalmaq üçün dırmandığı təpənin zirvəsi". Maori yerli əhalisinin dilində bu yerin adı yalnız 300 metrlik təpə kimi adlanır.


Bir sözlə, sözün mənası bir az gülünc səslənsə də tarixi əhəmiyyət daşıyır. Belə ki, Tamatey-Pokai-Inui (Tamatea-Pokai-Whenua) əfsanəvi Maui qəbiləsindən idi  və Kaunquninin atası idi. 


O, Yeni Zelandiyaya Polineziyadan takitimo qayığı ilə gəldi. Şimali adanın şimal-şərq sahilində uzun bir sahil yolculuğundan sonra Ahuriri (Napier) torpağına ayaq basdı və adanın şimal-şərq və orta hissəsini gəzdi. Əfsanəyə görə, Maorinin qayığı Cənub Körfəzin Malboro ərazisində təpəyə döndü. Özü isə Taupo gölünün şimal sahillərinin yaxınlığında, Vayikato çayının Huka Şəlaləsində öldü. Buna görə də, Yeni Zelandiyadada Tamateyin adı ilə əlaqəli çox sayda yer var.