Xəbərlər

“Azerbaijan Golden Kids Awards 2019” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib

Mayın 31-də  Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət departamentinin təşkilatçılığı ilə “1 İyun uşaqların beynəlxalq müdafiəsi günü”nə həsr olunmuş sayca ikinci dəfə keçirilən “Azerbaijan Golden Kids Awards 2019” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi baş tutub. 

 

Tədbiri Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, layihə rəhbəri və Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət Departamentinin rəhbəri Ülviyyə Bəbirli və Bəbir Bəbirli açıq elan ediblər. 

 

Tədbirdə incəsənətin bir çox sahələrindən olan uşaqlar bu illər ərzində əldə etdiyi uğurlara görə 36 nominasiya üzrə “Azerbaijan Golden Kids Awards 2019” mükafatını alıblar. 

 

Mükafatlar dövləti təmsil edən rəsmi şəxslər, qeyri-hökümət təşkilarlarının nümayəndələri və mədəniyyət və incəsənət xadimləri tərəfindən təqdim olunub. Bu da öz növbəsində balaca istedadlara böyük motivasiya verib.

  

Mərasimdə Əliqismət Lalayev, Tünzalə Ağayeva, Elnur Məmmədov, Elza Seyidcahan, Gülnarə Xəlilova, Cənnət Səlimova, Orxan Fikrətoğlu, Bəhruz Vaqifoğlu, Taleh Yüzbəyov, Ayaz Qasımov, Səfa Mehdi, Nahidə Orucova və s. tanınmış insanlar iştirak edib. 

 

Qeyd edək ki, Nizami Kino Mərkəzinin də tərafdaş olduğu layihənin keçirilməsində məqsəd 5-16 yaşadək olan uşaq və gənclərin iştirakını təmin edərək onların inkişafına, istedad və bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.