Xəbərlər

Muzeydə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib.

 

Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak edən uşaqlar “Ailə” mövzusunda rəsmlər çəkib. Müstəqil psixoloq Afaq Həsənova uşaqların çəkdiyi rəsm əsərlərini təhlil edib.

 

Eyni zamanda, uşaqlara xalçaçılıq, toxuculuq sənətlərinin sirləri haqqında məlumat verilib. Muzeyin bərpaçı-rəssamları Firuzə Ağayeva, Qənirə Məmmədova tərəfindən uşaqlara əyani təcrübə göstərilib. Sonra uşaqlara sertifikatlar təqdim olunub.

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü BMT Baş Assambleyasının 1950-ci il 1 iyun tarixli qərarına əsasən qeyd edilir.