Xəbərlər

Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı 14 nömrəli məktəbdə tədbir keçirilib

Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rüstəmova Günay İslam qızının rəhbərlik etdiyi 1 ç sinfi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Dünyamız nağıldır" adlı tədbir keçirtdi.

 

İlk öncə bu günün tarixi, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışıldı. Ardınca şeirlər səsləndirildi. "Dəcəl uşaq" və "Dövlətli ilə kasıb" tamaşası səhnələşdirildi.

 

Uşaqlar bir daha anladılar ki, həyatda ağıl hər şeyə qalib gəlir. Daha sonra şagirdlər gələcəkdə hansı peşənin sahibi olmaq istədiklərini arzular şəklində təqdim etdilər. Rəqs nömrələri nümayiş olundu.

 

Tədbir "Qoy həmişə günəş olsun" mahnısı ilə yekunlaşdı.